Главная » Файлы » Xəbərlər |
Champions league
27.08.2010, 15:01 | |
Avropanın
ən nüfuzlu klub turnirində qrup mərhələsinin püşkatması oldu. Monakoda
keçirilən püşkatma nəticəsində Avropanın ən nüfuzlu klub turnirində ölüm
qrupuna keçən il olduğu kimi Milan və Real Madrid düşdü. Play-off-da
Dninamo Kiyevi məğlub edən Ayax qrupun iddialı komandalarındandır. Son
çempion İnter isə Vaqif Cavadovun komandası ilə eyni qrupda mübarizə
aparacaq. Bütün qruplar aşağıdakı kimi formalaşdı: A qrupu: "İnter” (İtaliya), "Verder” (Almaniya), "Tottenhem” (İngiltərə), "Tvente” (Hollandiya) B qrupu: "Lion” (Fransa), "Benfika” (Portuqaliya), "Şalke-04” (Almaniya), "Hapoel” (Təl-Əviv, İsrail) C qrupu: "Mançester Yunayted” (İngiltərə), "Valensiya” (İspaniya), "Reyncers” (Şotlandiya), "Bursaspor” (Türkiyə) D qrupu: "Barselona” (İspaniya), "Panatinaikos” (Yunanıstan), "Kopenhagen” (Danimarka), "Rubin” (Rusiya) E qrupu: "Bavariya” (Almaniya), "Roma” (İtaliya), "Bazel” (İsveçrə), ÇFR (Rumıniya) F qrupu: "Çelsi” (İngiltərə), "Marsel” (Fransa), "Spartak” (Moskva, Rusiya), "Jilina” (Slovakiya) G qrupu: "Milan” (İtaliya), "Real” (İspaniya), "Ayaks” (Hollandiya), "Oser” (Fransa) H qrupu: "Arsenal” (İngiltərə), "Şaxtyor” (Ukrayna), "Braqa” (Portuqaliya), "Partizan” (Serbiya). İlk
turun oyunları 14-15 sentyabrda keçiriləcək. Qalan oyunlar isə 28-29
sentyabr, 19-20 oktyabr, 2-3 noyabr, 23-24 noyabr və 7-8 dekabrda baş
tutacaq. | |
Просмотров: 693 | Загрузок: 0 | |
Всего комментариев: 0 | |