Главная » Файлы » Xəbərlər

Duz ve Su
01.09.2010, 20:20







Hindli bir yaşlı usta,şagirdinin hər şeydən davamlı şikayət etməsindən bezmişdi. Bir gün şagirdi duz almaga göndərdi.Həyatındakı hər şeydən narazı olan şagird qayıtdığında, yaşlı usta ona bir ovuc duzu, bir stəkan suya atıb içməsini söylədi.
Şagird,yaşlı adamın söylədiyini etdi amma suyu ağzına alan kimi tüpürməyə başladı.
"Dadı necədi?" deyə soruşan yaşlı adama əsəbi "Acı" deyə cavab verdi.
Usta gülərək şagirdinin qolundan tutdu və çölə çıxardı.Səssizcə yaxınlıqdakı gölün sahilinə apardı və şagirdinə bu dəfə də bir ovuc duzu gölə atıb, göldən su içməsini söylədi.
Deyiləni edən şagird,ağızının kənarlarından axan suyu qoluyla silərkən eyni sualı soruşdu:
"Dadı necədi?"
Şagird "Sərin və dadlı" deyə cavab verir.
"Duzun dadını hiss etdinmi?" deyə soruşan yaşlı adama,
Şagird "Xeyr" deyə cavabladı.
Bunun üzərinə yaşlı adam,suyun yanına diz çökmüş olan şagirdinin yanına oturdu və belə dedi:
"Həyatdakı ağrılar duz kimidir,nə azdır, nə də çox.Ağrının miqdarı həmişə eynidir. Ancaq bu ağrının acılığı, nəyin içinə qoyulduğuna bağlıdır.Ağrın olduğunda etməyin lazım olan tək şey, ağrı verən şeylə əlaqədar duyğularını genişlətməkdir.Onun üçün sən də artıq stəkan olmağı burax, göl olmağa çalış."


Категория: Xəbərlər | Добавил: Mr_Kayf
Просмотров: 740 | Загрузок: 0 | Комментарии: 2 | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]