Главная » Файлы » Xəbərlər

Maykl Ceksonun ad günündə Bakıda rəqs gecəsi!
17.08.2010, 11:00

Avqust ayınin 28-i Bakı Caz Mərkəzində Ceksonun xatirəsinə həsr olunmuş "Mega Dance Party” adlı rəqs gecəsi keçiriləcək. Konsertdə Azərbaycanın tanınmış rəqs qruplarının iştirakı ilə Maykl Ceksona xas olan rəqslər ifa ediləcək. Bundan başqa, gecə boyu pop kralının ən məşhur mahnıları səsləndiriləcək, onun həyat və yaradıcılığından söhbət açılacaq.

Qeyd edək ki, pop kralının ad günü ilə əlaqədar Bakıda bir sıra digər layihələr də baş tutacaq. Bunlar arasında ayının 29-u FLASHMOB Azerbaijan [OFFICIAL] qrupu tərəfindən Ceksonun ad gününə həsr olunan "Michael Jackson Tribute Flashmob”unu göstərmək olar. Fleşmob iştirakçıları 1,5 dəqiqə ərzində Maykl Ceksonun "Beat it” mahnısının sədaları altında rəqs edəcəklər.
Категория: Xəbərlər | Добавил: azik9595
Просмотров: 770 | Загрузок: 0 | Комментарии: 2 | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]