Главная » Файлы » Xəbərlər

Microsoft korporasiyasının brauzeri İnternet Explorer-in 15 yaşı tamam olub.
18.08.2010, 13:44

Brauzerin ilk versiyası 1995-ci il avqustun 16-da işıq üzü görüb.


Rabitə və İnbormasiya Texnologiyaları Nazirliyinin saytında verilən məlumata görə, bu proqram Spyglass Inc. şirkətinə məxsus və Microsoft tərəfindən əldə edilmiş Mosaic brauzeri üzərində qurulub.

Üçüncü versiyadan başlayaraq, İnternet Explorer brauzeri Windows əməliyyat sisteminin tərkibinə daxil edilir və bu addım istifadəçi sayının kəskin artmasına, həmçinin, o zaman olduqca populyar olan Netscape Navigator brauzerin bazarda payının azalmasına gətirir.

2004-cü ildə, Firefox brauzerin yaradılması ilə İnternet Explorer-in payının tədricən enməsi müşahidə olunur, lakin buna baxmayaraq Microsoft-un brauzeri ən populyar brauzer olaraq qalır. Son araşdırmalara görə, dünya üzrə 60 faizə yaxın istifadəçi məhz İnternet Exloprer-dən istidafə edir.
Категория: Xəbərlər | Добавил: azik9595
Просмотров: 785 | Загрузок: 0 | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]