Главная » Файлы » Xəbərlər

Robinho da "Milan"da
01.09.2010, 20:09

Robinho yarışını AC Milan qazandı. Beşiktaş və Fənərbaxça başda olmaq üzrə bir çox klubun transfer etmək istədiyi Braziliyalı ulduzun, dünən günorta saatlarında Milanodakı Malpensa Hava limanına gəldiyi öyrənildi. "Sky Sports Italia"nın xəbərinə görə Robinho daha sonra, sağlamlıq testindən keçirilmək üzrə Gallarate Xəstəxanasına aparıldı. Milan transferi rəsmi rəsmi şəkildə təsdiqlədi. Macnhester City-li oyunçunun, 15 milyon avro ödənişlə İtalyan klubuna transfer edildiyi ifadə edilir.

Hava limanında mətbuatın suallarını cavablayan Robinho, "Çox xoşbəxtəm. Milanda oynamaq istəyirəm; çünki möcüzə bir heyətləri var. Serie A-nı qazanmaq istəyirəm" dedi.

Milanlı səlahiyyətlilər, daha əvvəl etdikləri çıxışlarda, Boriello getmədiyi müddətcə, Robinhonun alınmayacağını ifadə etmişlərdilər. Braziliyalı ulduzun Milanoya gəlməsiylə, Boriello da Roma komandasına transfer oldu.






AC Milan klubu bundan əvvəl İsveçli forvard Ibrahimovic barəsində İspan klubu Barcelona ilə razılaşdı və oyunçunu 1 illiyinə İspan klubdan kirayəyə götürdü. Uzun sürən görüşmələr nəticəsində Milan klubu, ulduz oyunçunu 1 illiyinə kirayəyə götürərkən, 1 il sonunda oyunçunu "özünüküləşdirə" də bilər. Transfer ödənişinin 24 milyon Avro ətrafında olduğu deyilərkən, İsveçli oyunçunun birinci ilki ödənişi üçün 7 milyon avro alacağı deyilir.

IBRAHIMOVIC: "GUARDIOLA-nın İSTƏDİYİ OLDU"

İsveçli futbolçu Zlatan Ibrahimovic isə etdiyi şərhdə, "Guardiola mənim Barcelonada oynama xəyallarımı parçalayan adamdır. Mən otağa girdiyim zaman Guardiola otağı tərk edir. Məndən qorxurmu yoxsa başqa bir şeymi bilmirəm. Danışmaq onun problemlərindən biridir. İndi xoşbəxtəm, çünki Milana gedirəm. Futbolda hər şey 24 saat içərisində dəyişə bilər. Bu Guardiolanın istədiyi nəticə idi" ifadələrini işlətdi.

Категория: Xəbərlər | Добавил: Mr_Kayf
Просмотров: 670 | Загрузок: 0 | Комментарии: 4 | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]